Ərdoğan nöqtəni qoydu: “Ya gedəcəklər, ya da...”
Bizi izləyin

Dünya

Ərdoğan nöqtəni qoydu: “Ya gedəcəklər, ya da...”

Ən qısa müddətdə Mümbiçi PYD terror təşkilatından təmizləməkdə qərarlıyıq.

“Ən qısa müddətdə Mümbiçi PYD terror təşkilatından təmizləməkdə qərarlıyıq. Ya gedəcəklər, ya da getmədikləri halda lazım olan addımları atacağıq”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyyəsində muhtarlarla görüşündə deyib.

Prezident Cerablusdan sonra Dabıkın alındığını, növbəti hədəfin Əl-Bab olduğunu bildirib.

“PYD-YPG terror təşkilatı harada qarşımıza çıxsa, mübarizə aparacağıq. Əl-Babdan sonra hədəf Mümbiçdir. Bəziləri Azad Suriya Ordusu və Türkiyəni Əl-Babdan uzaq saxlamağa çalışır. Biz İŞİD və PYD-YPG terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik. Ən qısa müddətdə Mümbiçi PYD terror təşkilatından təmizləyəcəyik”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm