Müxalifət prezidentə bir həftə vaxt verdi - ÇEVRİLİŞ PLANI - (FOTOLAR
Bizi izləyin

Dünya

Müxalifət prezidentə bir həftə vaxt verdi - ÇEVRİLİŞ PLANI - (FOTOLAR

Ona görə də inanıram ki, parlament üzvlərinin mütləq əksəriyyəti onun prezidentlikdən kənarlaşdırılması üçün səs verəcək və yekun qərar qəbul olunacaq

Venesuela Parlamenti prezident Nikolas Maduronun bu vəzifədən kənarlaşdırılması üçün millət vəkilləri arasında səsvermə təyin edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Parlamenti Nikolas Maduronu seçkiləri saxtalaşdırmaqda və hakimiyyəti zəbt etməkdə təqsirli bilir.

Venesuelanın ana müxalifət partiyasının lideri Henrique Capriles bildirib ki, əgər Nikolas Maduro Konstitusiyanın tələblərinə hörmət etmək məcburiyyətini xoşluqla başa düşmürsə, o zaman parlament onun prezidentlikdən istefasını tələb edəcək:

“Maduro seçkiləri saxtalaşdıraraq, prezident postunu zəbt edib. Bununla bağlı parlament toplanır. Biz müxalifət olaraq parlamentdə çoxluq təşkil edirik. Ona görə də inanıram ki, parlament üzvlərinin mütləq əksəriyyəti Maduronun prezidentlikdən kənarlaşdırılması üçün səs verəcək və yekun qərar qəbul olunacaq”.

Müxalifət lideri N.Maduronun mühakimə edilməsi üçün bir həftə ərzində parlamentə gəlməsini tələb edib.

Venesuela Parlamentində təmsil olunan Nikolas Maduronuin tərəfdarları isə Henrique Caprilesi ABŞ-a işləməkdə ittiham ediblər. Hətta, onlar parlamentdə müxalifətdən olan deputatlara hücum ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm