Qiyamətə günlər qaldı – Şəhər uğrunda nüvə silahı işə salınacaq - - VİDEO
Bizi izləyin

Dünya

Qiyamətə günlər qaldı – Şəhər uğrunda nüvə silahı işə salınacaq - - VİDEO

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb.

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Rusiya İran və Suriya rejimi ilə birlikdə ABŞ-dan əvvəl hərəkətə keçərək Rakkaya girmək istəyir.

Mosul əməliyyatının əsas planlayıcı gücü olan ABŞ bu günlərdə Rakka əməliyyatı barədə də siqnal verib. Vaşiqnton Rakka əməliyyatında yerli güclərə, əsasən də PYD-ə yaxınlığı ilə tanınan “Suriya Demokratik Gücləri”nə yer vermək niyyətindədir.

Rusiya isə İran və Suriya rejimi ilə birlikdə Rakkaya girmək niyyətindədir. Əməliyyata hazırlıq çərçivəsində Rusiyanın hərbi hərəkətliliyi açıq şəkildə görünür. Rusiya son bir ayda Suriyaya 7 gəmi yüklü silah-sursat çatdırıb. Tartus və Xmeymim limanlarına çatdırılan silah və sursatlar Xüms yolu ilə Rakka ətrafında mövqe tutan rejim güclərinə çatdırılıb. Bölgəyə 30-dan çox tank göndərən Rusiyanın 500 zabitlə Rakka əməliyyatına dəstək verəcəyi bildirilir.

Son məlumatlara görə, Kreml xüsusi əməliyyat qruplarını da bölgəyə göndərir. Bundan başqa, Livandan gətirilən şiə birlikləri də əməliyyata dəstək üçün Rakkanın ətrafına yerləşdirilib.

Aralıq dəniziyə doğru irəliləyən Rusiya donanması NATO ölkələrində təşvişə səbəb olub. “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi 8 gəmidən ibarət Rusiya donanması Rakka əməliyyatına dənizdən dəstək verə bilər. Rusiya donanmasına “Admiral Kuznetsov”la yanaşı nüvə gücünə malik “Böyük Pyotr” ağır atom kreyseri və bir sualtı gəmi daxildir.

Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter beynəlxalq koalisiya da daxil olan 13 ölkənin müdafiə nazirlərinin görüşündə Rakka əməliyyatının yaxın günlərdə başlanacağını deyib.

Onun sözlərinə görə, koalisiyaya üzv ölkələr əməliyyatlarla əlaqədar hazırlıq işlərinə başlayıb. Karter əlavə edib ki, Rusiya bu əməliyyatlara qatılmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl verdiyi açıqlamada ölkəsinin ABŞ ilə birgə Rakka əməliyyatlarına qatıla biləcəyini demişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm