Ərdoğan ilk dəfə açıqladı: “Obamaya dedim ki...”
Bizi izləyin

Dünya

Ərdoğan ilk dəfə açıqladı: “Obamaya dedim ki...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə dünənki telefon söhbətinin detallarını açıqlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə dünənki telefon söhbətinin detallarını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan ABŞ prezidenti ilə Rakka əməliyyatı barədə danışdığını bildirib.

“Obama ilə uzun söhbətimiz oldu. Bildirdim ki, PYD və YPG kimi terror təşkilatlarına bizim ehtiyacımız yoxdur. “Gəlin, sizinlə birlikdə Rakkanı İŞİD-dən təmizləyək. Bunu birlikdə edə bilərik. Buna gücümüz var” dedim”, - Türkiyə prezidenti qeyd edib.

İraqda Sincarın yeni bir Qəndilə çevrilmək üzrə olduğunu deyən dövlət başçısı buna icazə verməyəcəklərini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm