Türkiyə üçün QORXUNC SSENARİ: Hücum başladı
Bizi izləyin

Dünya

Türkiyə üçün QORXUNC SSENARİ: Hücum başladı

Türkiyənin qorxduğu ssenari gerçək oldu.

Türkiyənin qorxduğu ssenari gerçək oldu.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Haşdi Şabi” şiə birliyi türkman şəhəri Telafer istiqamətində hücuma başlayıb.

“Haşdi Şabi”nin sözçüsü Əhməd əl-Əsədi dünən İraq dövlət televiziyasına verdiyi açıqlamasında əməliyyatın yaxın günlər və yaxın saatlarda başlayacağını bildirmişdi.

“Haşdi Şabi” iraqlı şiə dini lideri Əli Sistaninin 2014-cü il iyunun 13-dəki çağırışından sonra İraq hökuməti tərəfindən qurulub. Əksəriyyəti sünni və şiə türkmanlərdən ibarət olan Telafer mahalı 2014-cü il iyunun 16-da İŞİD-in əlinə keçib. Mahal Mosulun 63 kilometr qərbində yerləşir.

Türkiyə və sünni qruplar “Haşdi Şabi”nin Telafer əməliyyatına qarşı çıxır. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə münasibəti xeyli sərtliyi ilə seçilir. Bu yaxınlardakı çıxışlarının birində Mosulun qurtarılmasına 30 min “Haşdi-Şabi” silahlısının iştirak edəcəyi xəbərinə Ərdoğanın cavabı bu şəkildə olmuşdu: “İndi deyirlər ki, 30 min adamla “Hasdi Şabi” gəlir. Gəlirsə gəlsin, gələcəyi varsa, görəcəyi də var!”.

Türkiyə dəfələrlə xəbərdarlıq edib ki, şiə gücləri Mosula və sünni ilə türkman güclərinin üstünlük təşkil etdiyi digər yaşayış məntəqələrinə girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri başlaya bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm