Putinin düşməni İnterpolun hədəfində
Bizi izləyin

Dünya

Putinin düşməni İnterpolun hədəfində

Biznesmen 1998-ci ildə Nefteyuqansk meri Vladimir Petuxovun qətlində ittiham olunur.

Beynəlxalq polis təşkilatı İnterpol “YUKOS” neft şirkətinin keçmiş sahibi, keçmiş rusiyalı oliqarx Mixail Xodorovskinin beynəlxalq axtarışının yenidən elan edilməsini müzakirə etmək niyyətindədir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan mənbə bildirib.

Onun sözlərinə görə, Mixail Xodorovskinin beynəlxalq axtarışa verilməsində Rusiya tərəfi təkid edir. Biznesmen 1998-ci ildə Nefteyuqansk meri Vladimir Petuxovun qətlində ittiham olunur.

“İnterpol Moskvadan bu iş üzrə tələb edilmiş bütün materialları alıb. İnterpol Xodorovskinin beynəlxalq axtarışa verilməsini üçün əsasların olub-olmadığını müəyyən edəcək”, - agentliyin həmsöhbəti qeyd edib.

Bildirək ki, dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilinən Xodorovski 2003-cü ildə həbs olunub. “YUKOS” şirkəti müflis elan edilib. 11 il azadlıqdan məhrum edilən Xodorovski 25 oktyabr 2014-cü ildə azadlığa çıxmalı idi. Amma prezident Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə əfv olunub.

Bu ilin martında isə Mixail Xodorovski vətənə qayıdışı üçün şərtini açıqlayıb. O, “The Daily Beast” nəşrinə müsahibəsində”rejim” dağılmağa başlayan kimi Rusiyaya qayıdacağını bildirib. Xodorkovski əmin olduğunu deyib ki, Rusiya hakimiyyəti 10 il ərzində böhranla rastlaşacaq. Onun sözlərinə görə, prezident Vladimir Putinin ətrafı Putindən sonrakı nə olacağını fikirləşməyə başlayıb.

Otən ay isə sosial şəbəkədə Rusiya millətçilərinin gizli kamera ilə çəkilmiş toplantısının videosu yayılıb.Vyaçeslav Maltsev, həmçinin Dmitri Demuşkin və Yuri Qorskiyin iştirak etdiyi toplantıda Rusiyanın neft şirkəti olan YUKOS-un (ЮКОС) keçmiş rəhbəri Mixail Xodorkovskinin planlarından danışılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm