“Ərəb baharı -2” Mərakeşdə başladı – - VİDEO/FOTO
Bizi izləyin

Dünya

“Ərəb baharı -2” Mərakeşdə başladı – - VİDEO/FOTO

Mərakeşdə balıqçı Möhsün Fikrinin ölümü ölkəni silkələyib.

Mərakeşdə balıqçı Möhsün Fikrinin ölümü ölkəni silkələyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı balıqçının ölməsinə etiraz olaraq minlərlə adam küçələrə çıxıb.

Qeyd edilir ki, hadisə oktyabrın 28-də əl-Hüseymidə baş verib. Yerli hakimiyyət nümayəndələri Möhsün Fikrinin qanunsuz ticarətlə məşğul olduğunu bildirərək ovladığı balıqları zibil maşınına atmağa başlayıblar. Öz malını xilas etməyə çalışan balıqçı zibildaşıyanın təkərləri altına düşür və ciddi zədələr alaraq hadisə yerində ölüb.

Onun cəsədinin şəklinin yayılması ölkə vətəndaşlarını küçələrə çıxarıb. Hazırda minlərlə insan Kasablanka, Rabat, Marrakeş, Tatuan, əl-Hüseymi və digər şəhərlərdə keçirilən etiraz aksiyalarına qatılıb. İnsanlar faciəli hadisənin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər.

Mərakeş Daxili İşlər Nazirliyi hadisənin araşdırılması barədə göstəriş verib.

Yerli sakinlərin sözlərinə görə, Mərakeşdə “Ərəb baharı”nın başlandığı 2011-ci ildə belə bu qədər genişmiqyaslı aksiyalar keçirilməyib. Həmin vaxt nümayişçilər krallıqdan islahatlar keçirməyə və yaşayış şəraitini yaxşılaşdırmağı tələb edirdilər.

Dünən keçirilən aksiyaları qadağan edilmiş “Ədalət və yaxşılıq” hərəkatı da daxil olmaqla müxalifətdə olan müxtəlif siyasi partiyalar dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm