
ABŞ-da erməni əsilli Zavik Zarqaryan və Vaçe Nairyan
İrana reaktiv təyyarənin hissələrinin qaçaqlamçılıq yolu ilə
çatdırılmasına görə həbs olunub.
Publika.az “Los Anceles Times” nəşrinə istinadən xəbər
verir ki, xüsusi agentlər tərəfindən çərşənbə günü həbs olunan
ermənilər İrana satdıqları silah hissələrinə görə 3 milyon ABŞ
dolları əldə ediblər.
Məhkəmə məxfi saxlanılan silahların ermənilər tərəfindən
qanunsuz satışını Amerikanın milli təhlükəsizliyinə zərbə olaraq
qiymətləndirib. Lakin Zarqaryanla Nairyan ittihamı qəbul etməyib.
Onlar girov qarşılığında sərbəst buraxılıb.
Hər iki erməninin günahı təsdiqini taparsa, məhkəmə onları federal
qanunvericiliyə əsasən həbs edəcək. Z.Zarqaryan 115 il müddətinə
həbs və 4,77 milyon dollar cərimə, V.Nairyan isə 95 il həbs və 3,77
milyon dollar cərimə cəzasına məhkum edilə bilər.
Asif