Nüvə silahlanması yarışı başlandı – Putindən FƏRMAN
Bizi izləyin

Dünya

Nüvə silahlanması yarışı başlandı – Putindən FƏRMAN

Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması haqqında qanunu imzalayıb.

Rusiya prezidenti Vladimir Putin silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması haqqında qanunu imzalayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, prezidentin fərmanı rəsmi portalda dərc edilib.

Sözügedən razılaşma keçmiş prezidentlər Bill Klinton və Boris Yeltsin arasında 2000-ci ildə imzalanmışdı. Razılaşmaya əsasən, hər iki tərəf 34 ton plutoniumu reaktorlarda yandırmaqla sıradan çıxarmalı idi. Bu, nüvə qüvvələrinin azaldılması planının tərkib hissəsidir. Hər iki tərəf razılaşmanı 2010-cu ildə yeniləmişdilər. Razılaşmanın yenilənməsinin şərtlərindən biri 2000-ci il sentyabrın 1-dən sonra NATO-ya daxil olan ölkələrdə hərbi ittifaqın hərbi infrastrukturunun ixtisarı idi.

Vladimir Putin oktyabrın əvvəlində plutoniuma dair müqavilənin dayandırılması ilə bağlı göstəriş vermişdi. Putin ABŞ-ı Rusiyaya qarşı “qeyri-səmimi münasibəti nəticəsində strateji stabilliyə hədə” yaratmaqda ittiham edib. Qeyd edilib ki, buna görə də Rusiya “təcili təhlükəsizlik tədbirləri” görməyə məcbur olub.

Daha əvvəl - aprel ayında Putin bildirmişdi ki, ABŞ plutoniumun məhvinə dair öhdəliyini həyata keçirmir. O, iddia etmişdi ki, əksinə, ABŞ plutoniumun silahlarda istifadəsinə dair fəaliyyətini davam etdirir. “Biz öhdəliyimizi həyata keçirərək plutoniumun məhvi üçün müəssisəni tikmişik. Lakin amerikalı müttəfiqlərimiz bunu etməyiblər”, - Putin deyib.

2016-cı ilin iyununda “Rosatom”un başçısı Sergey Kiriyenko bildirib ki, ABŞ-dan fərqli olaraq Rusiya öz öhdəliklərini yerinə yetirib. O, bildirib ki, Rusiya texnologiyaları sıfırdan hazırlayaraq plutoniumun istifadəsi üçün zavod tikib. “Rusiyada zavodun tikintisi 240 milyon dollara başa gəlib. Amerikalılar 7 milyard xərcləyib, amma zavod tikilib başa çatmayıb”, - o, deyib.

Vaşiqnton isə iddiaları rədd edərək bildirib ki, razılaşmanı pozmur.

Moskva və Vaşinqtonun rəsmi məlumatlarına görə, Birləşmiş Ştatların nüvə silahına yararlı 95, Rusiyanın isə 128 ton plutonium ehtiyatı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm