Sabiq prezident həbs edilib
Bizi izləyin

Dünya

Sabiq prezident həbs edilib

Salvadorun sabiq prezident Toni Saka qanunsuz yolla zənginləşməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs edilib.

Salvadorun sabiq prezident Toni Saka qanunsuz yolla zənginləşməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs edilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb.

Saka idman radiosunun sabiq aparıcısı olub və 2004-2009-cu illər arası Millətçi Respublikaçı Alyans siyasi partiyasından prezidentlik vəzifəsinə seçilib. O, ötən şənbə günü həbs edilib.

Rəsmilərə istinadən onun hakimiyyəti dövründə fərqli vəzifələrdə çalışan altı digər rəsmi də saxlanılıb.

Prokurorlar deyib ki, Saka ofisdə olduğu müddətdə əldə etdiyi 6.5 milyon ABŞ dollarından 5 milyonunun əldə edildiyi mənbə barədə açıqlama verməyib.

O, ofisə seçilərkən 3.6 milyon dolları olduğunu elan etmişdir. Beş il sonra isə onun pulunun miqdarı 13.1 milyon dollara qədər artmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm