Dünya
Moskvadan SOS: “ABŞ Rusiyanın strateji obyektlərini vuracaq”
Rusiya sərhədlərində yerləşdirilmiş ABŞ-ın raketdən müdafiə sistemlərindən ölkənin strateji obyektlərinə zərbələr vurmaq üçün istifadə etmək olar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu iddia ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxış edib.
“Xəyali “Rusiya təhdidi”ndən müdafiə üsulları müxtəlif suallar yaradır. Amerikalılar, əlbəttə ki, belə bir (Rusiyaya zərbələrin endirilməsi – red.) imkanı təkzib edirlər. Amma onlar real arqumentləri təqdim etməyi bacarmırlar”, - Patruşev deyib.
Onun sözlərinə görə, Rusiya sərhədlərində NATO-ya üzv ölkələrinin hərbi infrastrukturunun genişləndirilməsi və qlobal raket əleyhinə müdafiə sisteminin yaradılması ölkəsi üçün təhdid yaradır. Eyni zamanda Patruşev əlavə edib ki, tarixin təcrübəsi Rusiya və ABŞ arasındakı münasibətlərin gec-tez normal məcraya qayıdacağını göstərir.
Ömər Dağlı
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO