Mustafa Tayat oğurlanmasından danışdı- FİLM KİMİ OLAY - - VİDEO
Bizi izləyin

Dünya

Mustafa Tayat oğurlanmasından danışdı- FİLM KİMİ OLAY - - VİDEO

Çılpaq qadınlarla birlikdə uyğunsuz vəziyyətdə fotolarımı çəkdilər

Azərbaycanlı qadın tərəfindən şantaj olunan Mustafa Tayat gununsesi.info-ya açıqlamasında bildirib ki, ötən au Türkiyədə olan vaxt keçmiş işçisi Lətifə adlı qız ona zəng edib:

"O, Türkiyədə təhsil alıdığı üçün Bakıdan getdiyini demişdi. Bundan öncə də mən onunla Türkiyədə görüşmüşəm. Bu dəfə gedəndə mənə telefon açdı ki, onun bir rəfiqəsi var və anası Amerikada yaşayır. İmkanlı bir ailədir, Türkiyədə iş qurması üçün məsləhətə ehtiyacı var. Mən ona həftənin 5-ci gün görüş təyin etdim. Bildirdim ki, “Titanik” oteldə qalırıq, orada görüşə bilərik. Saat 18 radələrində adına “Dəniz” dediyi həmin qızla otelə gəldilər. Mən bu qıza baxanda çinliyə bənzətdim. Söhbət edən zaman bildirdi ki, görüşə getməzdən öncə evdən nəsə götürməldir. Biz bir villaya girdik. 2-3 dəqiqə sonra qapının zəngi çalındı və Dəniz qapını açdı. Bu zaman 3 nəfər maskalı və silahlı şəxs mənə hücum etdi. Qollarıma qandal vurub, saxladılar. İndi bəlli olur ki, onlar kürd, çeçen və özbək olublar. Bir nəfər də Türkiyə vətəndaşıdır. Qızları da qandalladılar. Film kimi bir olay idi. Bizi aşağı endirib, məni döydülər".

Onun sözlərinə görə, maskalıların ilk sözləri bu oldu ki, nədən İŞID-a yardım etmirsən? Sonra “namaz niyə qılmırsan”, “filan duanı oxuya bilərsənmi” kimi suallar verdilər. Mən müsəlman olduğumu dedim.

"Əvvəlcə məni İŞİD üzvlərinin oğurladığını düşündüm. Sonradan bildim ki, bunlar iz azdırmaq üçün bir oyundur. Bir az döydükdən sonra çantamdakı pulu aldılar, kredit kartlarımı götürdülər. Sonra dedilər ki, 10 milyon dollar verəcəksən, səni azad edəcəyik. Bildirdim ki, məndə bu qədər pulun olması mümkünsüzdür. İnanmadılar və məni yenidən döyməyə başladılar. Anlatmağa çalışdım ki, bu məlumatı verənlər yanılıb. Biz onsuz da Azərbaycanda böhrandayıq. Üstümdən qapını bağladılar.

24 saat keçdi. Heç kəs şübhələnməsin deyə, mənə zəng gələndə silahı başıma dirəyib, danışdırırdılar. Sonrakı günlər yenə danışdılar. Dedilər heç olmasa, 3 milyon ver. Dedim ki, mən sizə 1 milyon dollar verə bilərəm. Çünki, anladım ki, “bazarlığa” getməsəm öldürəcəklər. Bildirdim ki, bunu sizə 1 ay ərzində hissə-hissə verəcəm. Amma məni azad etməlisiz ki, pulu toplaya bilim. Dedilər ki, Azərbaycanda adamımız var, o, gəlib, pulu alacaq. Şərt qoydular, ki, indi azad olunmaq üçün 20 min lirə hazırda çatdırmalısan. Cibimdə 3100 lirəni və 230 dolları aldılar. Məni məcbur etdilər ki, dostlarıma telefon açıb, pul istəyim. 20 kişi aradım onlardan yalnız 2 nəfərindən pul ala bildik. Dostlarımdan Həmid və Mustafadan 5500 və 8000 lirə istədikləri yerdə aldılar. Amma bu pulları kamera çəkilişlərinin aparıldığı yerdə alıblar. Görünür, özlərinə arxayın olublar".

Onun sözlərinə görə, polisə gedəcəyi halda ailə-uşağını öldürəcəkləri ilə hədələyiblər: "Şərtlərini qəbul etdim. Məni buraxanda taksiyə oturub, otelə getdim. Oteldə məsələni açdım. Polislər gəldi. Əməliyyat hazırlandı pulun bir hissəsini verərkən, bir nəfər yaxalandı. Dünən isə digər şəxslər tutuldu".

Oğurlanmağınızda “Lətifə” adlı Azərbaycan vətəndaşının rolu nə dərəcədədir? sualına iş adamının cavabı belə olub: "Əvvəlcə, mən düşündüm ki, Lətifə bu işin içindədir. Lətifə azad ediləndən sonra yoxa çıxmışdı. O, məni qəfildən aradı və and içdi ki, bu plandan xəbərsiz olub. O, polisə getmək istədiyini və bu şəxslərin həbs olunmasına kömək edəcəyini dedi. Belə də oldu. Onun ifadələri əsasında digər şəxsləri həbs etmək mümkün oldu. Atası mənə telefon açıb, yanıma gəldi. Qızının günahsız olduğunu dedi. Hazırda Lətifə özü də həbsdədir. Onu necə azad etmişdilər, bunu mən bilmirəm. Amma atası ilə söhbətimdən sonra Lətifə məni aradı. Lətifə özü təslim oldu. Onu sərbəst buraxdılar, əməliyyat hazırlandı və digər şəxslər də tutuldu. Dəstə üzvlərindən yalnız bir nəfər axtarışdadır. Qarşıda məhkəmə olacaq, mən də məhkəməyə gedəcəyəm.

***

İstanbulda azərbaycanlı qadın iş adamını çılpaq fotoları ilə şantaj edib.

Publika.az
xəbər verir ki, polisə müraciət edən iş adamı Mustafa T. tələyə düşdüyünü, qaçırılaraq silahla təhdid olunduğunu və sənəd imzalamağa məcbur edildiyini deyib.

“Azərbaycandakı mağazalarımda əvvəl müdir olaraq işləyən qadın İstanbulda qaldığım otelə gələrək, axşam yeməyinə çıxmaq istədiyini dedi. Yanında bir qadın rəfiqəsi də var idi. Sarıyerdə bir villaya getdik. Villada biri iki nəfər silahlı şəxs qarşıladı. Çılpaq qadınlarla birlikdə uyğunsuz vəziyyətdə fotolarımı çəkdilər. Dedilər ki, ya bir milyon lirə verməliyəm, ya da fotoları yayacaqlar. Üzərimdəki pulları və zinət əşyalarını alaraq, məni bir milyonu gətirməyim üçün sərbəst buraxdılar. Bir milyon borcum olduğuna dair sənəd də imzalatdırdılar”, - deyə iş adamı bildirib.

Məlumata görə, İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Latifa M. (23), Özbəkistan vətəndaşı M.S. (22) və iş adamını silahla təhdid edən Ş.K.Y. (25), T.B. (27) həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm