Zarafat baş katibi istefa verməyə məcbur etdi
Bizi izləyin

Dünya

Zarafat baş katibi istefa verməyə məcbur etdi

“Əminəm ki, soyuducunuzda olan yalnız su deyil, cənab prezident”.

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə əlaqədar etdiyi zarafat İyad Madanini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi vəzifəsindən istefa verməyə məcbur edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İyad Madani Qahirədən gələn reaksiyalardan sonra vəzifəsindən istefa verib.

Misir bu qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb.

Madani öz postunu səhhəti ilə bağlı tərk etdiyini açıqlasa da, siyasi müşahidəçilər hesab edirlər ki, istefanın arxasında onun bu yaxınlarda Əbdülfəttah Əs-Sisinin ünvanına etdiyi və bir çox ərəb ölkəsində narazılığa səbəb olan zarafatı dayanır. O, ötən həftə Tunisdə mətbut konfransında çıxış edərkən Tunis prezidentini Əs-Sisi adlandırıb.

Sonradan “dəhşətli səhv”ə görə üzr istəyən baş katib öz səhvinin üstündən keçmək üçün Tunis prezidentinə “Əminəm ki, soyuducunuzda olan yalnız su deyil, cənab prezident” deyib.

Qeyd edək ki, bir müddət əvvəl Şarm-Əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm