Hulusi Akar Rusiyaya getdi
Bizi izləyin

Dünya

Hulusi Akar Rusiyaya getdi

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfərə gedib.

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfərə gedib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun dəvəti ilə reallaşıb.

Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında keçiriləcək görüşlərdə regional və beynəlxalq hərbi əməkdaşlıq məsələləri, Suriya və İraq problemi müzakirə olunacaq.

Xatırladaq ki, bu il sentyabrın 15-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Ankarada səfərdə olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm