Səudiyyə şahzadəsi şallaqlanıb
Bizi izləyin

Dünya

Səudiyyə şahzadəsi şallaqlanıb

Səudiyyə Ərəbistanı şahzadəsi şallaqlanıb. Publika.az BBC-yə istinadən xəbər verir ki, həbsxanada kral ailəsinin üzvünə şallaq cəzası tətbiq olunub.

Səudiyyə Ərəbistanı şahzadəsi şallaqlanıb. Publika.az BBC-yə istinadən xəbər verir ki, həbsxanada kral ailəsinin üzvünə şallaq cəzası tətbiq olunub.

Adı açıqlanmayan şahzadəyə verilən cəza barədə qərarı məhkəmə çıxarıb. Okaz qəzetində dərc edilən məlumata əsasən, hadisə Ciddə şəhərində yerləşən "Qırmızı dəniz" məhbəsində baş verib. Mətbuat şahzadənin həbsxanaya düşməsinin səbəbləri və ona neçə şallaq vurulduğu barədə məlumat vermir.

Səudiyyənin kral ailəsinin bir neçə min üzvü var. Onlar nadir hallarda cəzalandırılır.

Ötən ay şahzadə Turki bin Səud əl-Kabira barəsində edam hökmü icra olunub. Bu, ölkə tarixində kral ailəsinin üzvünün ilk edam halıdır.

Şahzadə iki il əvvəl Ər-Riyad yaxınlığındakı çadır düşərgəsində baş verən kütləvi dava vaxtı qətl törətməkdə təqsirkar bilinirdi. Ölən şəxs şahzadənin dostu imiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm