Pakistanda ağır qatar qəzası
Bizi izləyin

Dünya

Pakistanda ağır qatar qəzası

Xəstəxanaya 11 meyit və 40 yaralı gətirilib

Bu gün Pakistanın cənubunda yerləşən Karaçi liman şəhərində iki qatarın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə həkimlərin məlumatlarına istinadən "Reuters" məlumat yayıb.

"Xəstəxanaya 11 meyit və 40 yaralı gətirilib", - deyə şəhər xəstəxanasının həkimlərindən biri bildirib.

Agentliyin məlumatına görə, Karaçi ilə digər yaşayış məntəqələri arasında dəmiryolu əlaqəsi kəsilib.

"Sinxua" xəbər verir ki, stansiyada dayanan sərnişin qatarına başqa bir qatar çırpılıb.

Faciə faktı ilə bağlı araşdırmalara başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm