Sabiq baş prokurora 135 şallaq vurulacaq
Bizi izləyin

Dünya

Sabiq baş prokurora 135 şallaq vurulacaq

Bu vəzifədə olarkən o, bir çox liberal qəzetlərin bağladılması, jurnalistlərin həbsə göndərilməsi, mitinqlərin güc tətbiq edilərək dağıdılması, həbsxanalarda işgəncələri dəstəkləməsi ilə tanınıb.

Tehranın sabiq baş prokuroru Səid Mortazavi (Saeed Mortazavi) 135 şallaq cəzasına məhkum edilib.

“Reuters” xəbər verir ki, məhkəmə Mortazavini korrupsiya cinayətlərində təqsirli bilib.

İstintaqla müəyyən olunub ki, Mortazavi 2012-2013-cü illərdə İranın sosial təhlükəsizlik xidmətinin (yaşlı insanların və işsizlərin sığortası ilə məşğul olan qeyri-hökumət təşkilatı) rəhbəri olarkən “xalqın pullarını mənimsəyib və xərcləyib”.

Hüquq müdafiəçiləri cəzanın yumşaq olmasından narazıdırlar.

Qeyd edək ki, 49 yaşlı Mortazavi sabiq prezident Mahmud Əhmədinejadın ən yaxın tərəfdarlarından biri hesab olunurdu.

O, 2003-2009-cu illərdə İran paytaxtının baş prokuroru vəzifəsində çalışıb. Bu vəzifədə olarkən Mortazavi bir çox liberal qəzetlərin bağladılması, jurnalistlərin həbsə göndərilməsi, mitinqlərin güc tətbiq edilərək dağıdılması, həbsxanalarda işgəncələri dəstəkləməsi ilə tanınıb.

Reuters qeyd edir ki, Mortazavi Əhmədinejadla Larincan klanının siyasi mübarizəsinin qurbanı olub. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm