Dəhşətli TERROR: 8 şəhid, 100-dən çox yaralı - FOTO/VİDEO - (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Dəhşətli TERROR: 8 şəhid, 100-dən çox yaralı - FOTO/VİDEO - (YENİLƏNİB)

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.

Türkiyənin baş nazir Binəli Yıldırım terror aktında ölən və yaralananların sayını açıqlayıb.

O, terror aktında 2-si polis olmaqla 8 nəfərin şəhid olduğunu, 100-dən çox insanın yaralandığını deyib. Yaralılardan 93-ü ilkin tibbi müayinədən sonra evə buraxılıb.

Bir terrorçu ölü ələ keçirilib.

***

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ terror aktı ilə bağlı açıqlama verib.

“Bu gün Diyarbəkrdə bir avtomobilin partladılması nəticəsində bir çox vətəndaşımız yaralandı, bəzi vətəndaşlarımız və polislərimiz şəhid oldu”, - nazir deyib.

Lakin o, terror aktı nəticəsində həyatını itirənlərin dəqiq sayını açıqlamayıb.

***

Partlayış nəticəsində yaralananların sayı durmadan artır. Son məlumatlara görə, partlayışda 50 nəfər yaralanıb.

***

Partlayış nəticəsində bir nəfər həlak olub, 30-dan çox yaralı var.

***

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.

Terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib.

İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm