Avropada fövqəladə seksual vəziyyət
Bizi izləyin

Dünya

Avropada fövqəladə seksual vəziyyət

Avstriyada yaşayan 20 yaşlı qaçqın 10 yaşlı oğlanın zorlanmasından sonra bəraət qazana bilər.

Avstriyada yaşayan 20 yaşlı qaçqın 10 yaşlı oğlanın zorlanmasından sonra bəraət qazana bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi miqrantın yerli alman dilini bilməməsi və 4 ay sekslə məşğul olmaması göstərilir.

Hadisə bir il bundan əvvəl baş verib. İraqdan olan 20 yaşlı Amir Vyanada bağlı hovuzda 10 yaşlı oğlanı görüb. Onu tualetə gətirib, qapını bağlayıb və oğlanı zorlayıb. Oğlanın şikayətindən sonra polis iraqlını saxlayıb və o, günahı etiraf edib.

4 aydır cinsi əlaqədə olmadığını deyən miqrant, buna görə uşağa təcavüz etdiyini bildirib. Özünə haqq qazandırmağa çalışan iraqlı məhkəmənin onun barəsində verdiyi 6 illik həbs qərarına etiraz olaraq Ali Məhkəməyə müraciət edib. Avstriya Ali Məhkəməsi yetərli dəlillərin olmadığını irəli sürərək, şübhəlinin növbəti prosesə qədər müvəqqəti azad edilməsi barədə qərar verib. Gələn il təşkil olunacaq növbəti məhkəməyə qədər mühacir azadlıqda, amma polis nəzarəti altında qalacaq.

Məhkəmə 4 aydır cinsi əlaqədə olmadığını deyən miqranta yazığı gəlib. “Komsomolskaya Pravda” nəşrinin yazarı Natalya Barabaş bunu hüquq elmində yeni termin – “fövqəladə seksual vəziyyət” adlandırıb. İraqlı gəncin bəraət qazandıran daha bir məsələ onun alman dilini bilməməsidir.

Oğlan hadisədən sonra daxili orqanların zədəsi ilə əlaqədar müayinədən keçib, hazırda posttravmatik sindrom və depressiyadan müalicə olunur.

“Amma bu, dünyada ən humanist Avstriya məhkəməsində maraq oyatmadı. Mən artıq Avropanın bütün seksual manyaklarını təbrik etmək istəyərdim: cənablar, bu presedentdən sonra siz bəraət qazanmısınız! Axı istənilən zalım indi tam bəraət qazana bilər. Qarət et, öldür, qorxma! Sən axı poliqlot deyilsən. Amma burada bir məqam var. Avropa məhkəmələrində bütün zalımlara münasibət bu cür olmayacaq. Bu münasibət yalnız qaçqınlara və miqrantlara olacaq”, - deyə Natalya Barabaş yazıb.

Onun sözlərinə görə, hazırda qadınlara küçə hücumları və kütləvi zorlamalar dalğası Avropanı bürüyüb: “Təxminən min şikayət ərizəsi yalnız Almaniyada verilmişdi. Kimisə həbs etdilərmi? Bəli. Düz iki il şərti cəza. Görünür, dərs çıxartmaq olar. Qadınlar küçələrdə gəzməməli, evdə oturmalıdır. Avstriyada miqrantlar sentyabr ayında Velsi şəhərində yarmarkada qadınlara hücum etdilər. Heç kəsi ittiham etmədilər. Vesterbloda miqrantlar gənc cütlüyə hücum etdilər. İki həddi-büluğa çatmış miqrant yarım il azadlıqdan məhrum edildi, 16 yaşlı mərakeşli deportasiya olundu”.

Yazı müəllifi bildirir ki, miqrantların çox hissəsi gənc, güclü və qəddar kişilərdir. Qeyd edilir ki, 2015-ci ildə 2014-cü illə müqayisədə Almaniyada miqrantlar tərəfindən törədilmiş cinayətlərin sayı 79 faiz artıb. İddiaya görə, Berlində 15-20 ciddi ərəb kriminal qruplaşması mövcuddur: “Bütün Avropada onlar nə qədərdir? Onlar terrorçularla və radikal musəlmanlarla nə dərəcədə bağlıdır? Bəli, yüksək səviyyədə bağlıdır. Öyrədilib, yaxşı təşkil edilib. Apreldə Berlində səkkiz ərəbi həbs etmək üçün üçün 220 polis və xüsusi təyinatlı dəstənin 60 döyüşçüsü lazım oldu. Bütün Avropanı bürüyən miqrantların kriminal şəbəkəsi ciddi gücdür”.

Natalya Barabaş qeyd edir ki, Avropa öz qadınlarını və uşaqlarını qoruya bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm