Ritual qətl Tiflisi şoka saldı
Bizi izləyin

Dünya

Ritual qətl Tiflisi şoka saldı

Gürcüstan polisi yaşlı qadının qətlində şübhəli bilinən beş nəfəri həbs edib.

Gürcüstan polisi yaşlı qadının qətlində şübhəli bilinən beş nəfəri həbs edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə cümə günü, noyabrın 4-də, “İnterfax”a nəşri xəbər verir.

İstintaqla hadisənin ritual qətl olduğu müəyyən edilib. Qətlə yetirilən qadın cinayət iştirakçılarının birinin anası olub.

Bildirilir ki, ikisi qız olmaqla, saxlanılan şəxslərin üçü qətlə görə, daha ikisi isə cinayətin gizlədilməsinə görə həbs edilib.

Gürcüstan DİN-nin məlumatına əsasən, 76 yaşlı qadın oktyabrın 19-da Tiflisdə öz evində öldürülüb. Cinayətkarlar əvvəl qadına elektroşokla işgəncə veriblər, sonradan isə boğaraq çoxsaylı bıçaq zərbələri endiriblər.

“Daha sonra qadının cəsədi dəstə üzvlərinin birnin evinə aparılıb. Burada qatillər onun meyitini tikə-tikə doğrayıblar, sonra isə zibiliyə apararaq yandırıblar”, - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm