ABŞ 30 insanı Əl-Qaidə liderinə qurban verdi
Bizi izləyin

Dünya

ABŞ 30 insanı Əl-Qaidə liderinə qurban verdi

Lakin detallar hələlik gizli saxlanılır.

ABŞ-ın Əfqanıstanda keçirdiyi hava əməliyyatı nəticəsində Əl-Qaidə lideri öldürülüb.

Publika.az
xəbər verir ki, öldürülən şəxsin terror təşkilatının Əfqanıstan üzrə əsas lideri Faruq al-Qatani olduğu deyilir.

Pentaqon Əl-Qaidənin başqa liderinin də öldürüldüyünü açıqlayıb. Lakin detallar hələlik gizli saxlanılır.

ABŞ ordusunun Əfqanıstanın Kunduz əyalətində keçirdiyi əməliyyat isə 30 mülki vətəndaşın ölümünə səbəb olub.

Məlumata görə, Talibana qarşı keçirilən əməliyyatda silahlı toqquşma yaşanıb. 26 Taliban üzvü öldürülsə də, 30 mülki şəxs də bu toqquşmanın qurbanı olub. Taliban isə 60 mülki vətəndaşın öldürüldüyünü açıqlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm