18 nəfər minaya düşdü
Bizi izləyin

Dünya

18 nəfər minaya düşdü

İraqın şimalında İŞİD qruplaşmasının nəzarətindəki Havicə şəhərini tərk edərək Əl-Əlyəm şəhərinə keçməyə cəhd göstərən insanları aparan yük maşını minaya düşüb. Nəticədə azı 18 nəfər həyatını itirib.

Xəbərə görə, Mosuldan 120 kilometr cənubda yerləşən Havicə şəhərində baş verən insident nəticəsində həlak olanların 17-si dinc sakin, biri isə polis əməkdaşıdır.

Kərkük əyalətinin Havicə şəhəri 2014-cü ilin iyun ayından İŞİD qruplaşmasının nəzarətindədir.

Xatırladaq ki, Mosul uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm