ABŞ və Rusiya kəşfiyyatı müharibəyə başladı – TOTAL HÜCUM
Bizi izləyin

Dünya

ABŞ və Rusiya kəşfiyyatı müharibəyə başladı – TOTAL HÜCUM

Kəşfiyyat mənbələri isə bildirirdi ki, CİA Rusiyaya qarşı genişmiqyaslı kiber hücuma hazırlaşır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ hərbi xakerlərinin Kremlin idarəetmə sisteminə və Rusiyanın telekommunikasiya şəbəkəsinə sızdığı haqda yayılan məlumatlara münasibət bildirib.

Publika.az
xəbər verir ki, Peskov kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təminatı üçün lazımi tədbirlərin görüldüyünü deyib.

“Bütün təhdidlərə və təhlükələrə qarşı lazımi ölçülər götürülür”, - deyə Putinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, “NBC News” telekanalı noyabrın 4-də Amerika hərbi xakerlərinin Rusiya sistemlərini sındırdığı və Kremlin idarəetmə sisteminə daxil olduğu haqda məlumat yayıb.

ABŞ dövlət katibi Con Kerri də noyabrın ilk günündə bildirdi ki, prezident Obamanın tapşırığı ilə Rusiya xakerlərinə “cavab atəşi” hazırlanır. Kəşfiyyat mənbələri isə bildirirdi ki, CİA Rusiyaya qarşı genişmiqyaslı kiber hücuma hazırlaşır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm