• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Çavuşoğlundan almaniyalı həmkarını telefon dərsi

  • Dünya
  • 5 Noyabr 2016 18:15
  • 602 Baxış
Çavuşoğlundan almaniyalı həmkarını telefon dərsi

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Frank-Walter Steinmeieri 2 dəfə telefonda gözlədib”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə hökumətinin Xalqların Demokratik Partiyası (HDP) üzvü olan deputatlara qarşı həbs qərarı Almaniya ilə münasibətləri daha da pisləşdirib: “Son bir neçə aydır ki, Almaniya ilə Türkiyə arasında münasibətlər normallaşmağa doğru gedirdi. Ancaq Türkiyə hökumətinin HDP üzvü olan deputatların barəsində həb qərarı çıxartması rəsmi Ankara ilə Berlin arasında yaranan münasibətləri pisləşdirməyə başlayıb. Hətta, münasibətlərin normallaşması üçün Türkiyəyə səfər etmək istəyən Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier rəsmi Ankara ilə bu səfərin dəqiq tarixini hələ də müəyyən edə bilməyib. Son aylar Almaniya və Türkiyə xarici işlər nazirləri arasında bir neçə dəfə telefon görüşü keçirilib. Bu telefon görüşləri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Frank-Walter Steinmeieri 2 dəfə gözlədib”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR