Türkiyədə HDP ilə əlaqəli iki təşkilatın liderli saxlanılıb
Bizi izləyin

Dünya

Türkiyədə HDP ilə əlaqəli iki təşkilatın liderli saxlanılıb

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) ilə əlaqəli iki kürd təşkilatının liderləri saxlanılıb.

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) ilə əlaqəli iki kürd təşkilatının liderləri saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə HDP-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün Regionların Demokratik Partiyası (RDP) həmsədri Səbahət Tüncəl və Demokratik Cəmiyyət Konqresinin həmsədri Leyla Güvən saxlanılıb.

Qeyd edək ki, Regionların Demokratik Partiyası HDP ilə əlaqəlidir və faktiki olaraq onun regional qoludur. Partiya ölkənin cənub-şərqində bir neçə bələdiyyə və bələdiyyə şurasında təmsil olunub.

Demokratik Cəmiyyət Konqresi kürd ictimai hərəkatlarını birləşdirən ictimai təşkilatdır.

Xatırladaq ki, noyabrın 4-nə keçən gecə Türkiyədə Demokratik Cəmiyyət Konqresi həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksək daxil olmaqla partiya üzvü olan 12 millət vəkili saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm