İtaliyanın sahil mühafizə qüvvələri bir gündə 2100 miqrant xilas edib
Bizi izləyin

Dünya

İtaliyanın sahil mühafizə qüvvələri bir gündə 2100 miqrant xilas edib

İtaliyanın sahil mühafizə qüvvələri noyabrın 5-də 2100 afrikalı miqrantı xilas edib.

Bu gün Liviya sahillərindən yola çıxan qayığın batması nəticəsində onlarla insan batıb. İtaliyanın sahil keşikçiləri sulardan 10 cəsəd çıxarıb.

Gün boyu həyata keçirilən 15 xilas əməliyyatı zamanı 2100-ə yaxın miqrant xilas edilib. Bu, cümə günü xilas edilənlərdən 2 dəfə çoxdur.

7-si hamilə qadın, 78-i uşaq olmaqla, digər 420 miqrant xilas edilərək, Sisilinin Trapani limanına aparılıb.

Aralıq dənizində ölən miqrantların sayı bu il 4220 nəfərdən çoxdur. 2016-cı il bu baxımdan ən ağır il hesab edilir. 2015-ci ildə bu rəqəm 3777 idi.

BMT-nin Qaçınlar üzrə Ali Komissarlığının bildirdiyinə gör, bu ilin oktyabr ayınadək Aralıq dənizi vasitəsi ilə Avropaya 153 632 miqrant daxil olub, minlərlə insan boğularaq həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm