Killer Bakıya qaçmaq istədi - Təyyarə havadan geri qaytarıldı
Bizi izləyin

Dünya

Killer Bakıya qaçmaq istədi - Təyyarə havadan geri qaytarıldı

Moskvada sifarişli qətl törədən killer Moskva-Bakı reysi ilə uçan təyyarədə Azərbaycana qaçmaq istəyib.

Moskvada sifarişli qətl törədən killer Moskva-Bakı reysi ilə uçan təyyarədə Azərbaycana qaçmaq istəyib.

Virtualaz.org xəbər verir ki, Moskva şəhəri üzrə baş polis idarəsinin əməliyyatçıları killerin təyyarədə olduğunu dəqiqləşdirdikdən sonra reys Domodedovo aeroportuna geri qaytarılıb.

“Saxlanılan şəxs Dağıstan sakinidir. Moskvann cənub-qərbində, “Belyayevo” ticarət mərkəzinin avtoparkında qətl törədib. Biznesmeni güllələdikdən dərhal sonra Moskvadan Azərbaycana bilet alıb və artıq təyyarəyə oturmağa imkan tapıb. Əməliyyatçılar killeri yaxalamaq üçün təyyarəni aeroporta geri qaytarmalı olublar”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Əməliyyatçılar təyyarənin geri qaytarılmasını onunla izah ediblər ki, killeri Azərbaycan ərazisində həbs etmək mümkün olmaya bilərdi.

Qətl hadisəsi noyabrın 6-da axşam Mikluxo-Maklay küçəsində baş verib. Naməlum şəxs 33 yaşlı biznesmeni güllələyib. Onun kimliyi açıqlanmır. Biznesmenin cəsədi ona məxsus “Ford Mondeo” avtomobilinin yanında aşkar edilib. Qatili yaxalamaq üçün Moskva polisi əməliyyat başladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm