Prezidentdən UNİKAL ADDIM: Maaşını kasıblara verdi
Bizi izləyin

Dünya

Prezidentdən UNİKAL ADDIM: Maaşını kasıblara verdi

Prezidenti maaşından imtina edib.

İslandiya prezidenti maaşından imtina edib. Bu ölkənin dövlət başçısı Qudni Torlasius Yoxanesson bildirib ki, “artıq” pulları xeyriyyə məqsədilə istifadə edəcək.

Publika.az xəbər verir ki, dövlət başçısı maaşına əlavə olunan 600.000 kron (5400$) qəbul etməyəcək. Lakin İslandiya konstitusiyasına görə prezidentin maaşından imtina etmə hüququ yoxdur. Ona görə də prezident əlavə olunan maaşını xeyriyyə məqsədilə istifadə edəcəyini bildirib.

“Mən Tereza Anaya bənzəyib bununla öyünmək istəmirəm”, - deyə İslandiya prezidenti bildirib.

İslandiya əmək şurası builki prezident seçkilərindən sonra təkcə prezidentin yox, başqa məmurların da əmək haqqını qaldırıb. İslandiyalıların son 3 ildə orta əmək haqqı cəmi 29% yüksəldiyi halda, dövlət adamlarının maaşı 75% qalxıb. Bu isə ölkədə böyük qarışıqlığa səbəb olub.

Qeyd edə ki, ölkə rəhbəri bundan əvvəl ildə 28.6 milyon kron (257.000$) maaş alırdı, əmək şurasının qanunda etdiyi dəyişiklikdən sonra onun maaşı 35.8 milyon krona (322.000$) qalxıb.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm