Poroşenko Saakaşvilinin istefasını şərh etdi
Bizi izləyin

Dünya

Poroşenko Saakaşvilinin istefasını şərh etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib.

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, prezident istefa və müxalifətə keçid haqqında Saakaşvilinin qərarının demokratik dövlətdə reallaşdırıla biləcəyini deyib.

“Biz demokratik dövlətik və o, müxalifət cəbhəsində siyasi kampaniyaya başlamağa qərar verib. Ümid edirəm ki, əgər Saakaşvili siyasi fəaliyyətlə məşğul olmağa qərar veribsə, sabah hökumət onun istefa haqqında qərarını dəstəkləyəcək”, - deyə Poroşenko Sloveniya prezidenti Borut Pahor ilə danışıqlardan sonra deyib.

Xatırladaq ki, Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən istefasını elan edib. Saakaşvilinin izahı bu şəkildə oldu ki, prezident Pyotr Poroşenko və hökumət ona korrupsiya ilə mübarizə aparmağa mane olur, Odessanı “Ukraynanın düşmənlərinə verir”.

O, mübarzənin yeni mərhələsinin başlandığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm