Hillari Klinton yeddi "qərarsız" ştatdan altısında liderdir
Bizi izləyin

Dünya

Hillari Klinton yeddi "qərarsız" ştatdan altısında liderdir

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton, ilkin proqnozlara görə, Amerikanın dəstək göstərməkdə "qərarsız olan" yeddi ştatından altısında qalib gəlir.

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton, ilkin proqnozlara görə, Amerikanın dəstək göstərməkdə "qərarsız olan" yeddi ştatından altısında qalib gəlir.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Politico" nəşri yazıb.

Nyu-York vaxtı ilə günorta saat 14:00-a olan məlumata görə, Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp üzərində növbəti ştatlarda qələbə qazana bilər:

Kolorado (47% - Klinton, 42% - Tramp), Florida (49% - Klinton, 45% - Tramp), Nevada (47% - Klinton, 44% - Tramp), Ohayo (46% - Klinton, 45% - Tramp), Pensilvaniya (48% - Klinton, 44% - Tramp), Viskonsin (49% - Klinton, 43% - Tramp).

Milyarder isə öz növbəsində, ilkin olaraq Ayova ştatında liderdir (45% - Klinton, 46% - Tramp).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm