Tramp: "Bütün Amerikanın prezidenti olacağam" - - CANLI YAYIM
Bizi izləyin

Dünya

Tramp: "Bütün Amerikanın prezidenti olacağam" - - CANLI YAYIM

ABŞ-ın yeni seçilmiş prezidenti respublikaçı Donad Tramp seçiciləri önündə çıxış edir.

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp qələbə nitqi ilə çıxış edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp çıxışının əvvəlində “Bütün Amerikanın prezidenti olacağam” deyib.

Tramp Klintonun zəng edərək onu təbrik etdiyini bildirib.

“Çox güclü bir seçki kampaniyası oldu. Hər bir vətəndaşa bu sözü verirəm: Artıq bütün ABŞ-ın prezidenti olacağam. Artıq hamımızın bir bədən olma zamanıdır. Bu ölkədə çox böyük bir potensial var. Hər amerikalının öz potensialını reallaşdırmaq üçün imkanı olacaq. Yollarımızı, tunellərimizi, xəstəxanalarımızı yenidən tikəcəyik”, - Tramp qeyd edib.

Tramp bildirib ki, ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, dostluq axtaracaq, ABŞ-la yaxşı münasibətlər qurmaq istəyən bütün ölkələrlə yaxşı münasibətlər quracaqlar.

Trampın çıxışını canlı yayımla təqdim edirik:

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm