Mixail Saakaşvilinin rəqibləri yenidən hərəkətə keçdi - - FOTO
Bizi izləyin

Dünya

Mixail Saakaşvilinin rəqibləri yenidən hərəkətə keçdi - - FOTO

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası onun rəqiblərini yenidən hərəkətə keçirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası onun rəqiblərini yenidən hərəkətə keçirib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Radanın deputatı Dmitri Qolubovun anti-saakaşvili simvolunun olduğu təşviqat avtomobili yenidən şəhərdə görünməyə başlanıb. Odessada Saakaşvili əleyhinə piar aksiyaları ilə məşhur olan deputatın hərəkəti şəhər sakinlərini yenidən qıcıqlandırır. Daha əvvəl isə Qolubov və digər deputat Aleksey Qonçarenko Odessa vilayəti dövlət administrasiyasının qarşısında kabab bişirmiş və Mixail Saakaşvilinin istefasının şərəfinə spirtli içkilər içmişdilər.

Məşhur fotoqraf Kiril Baranovski onun pəncərələrinin altından hərəkət edən təşviqat avtomobilini götürməyi xahiş edib. Qolubov və Qonçarenkonun hərəkətinə jurnalist Mixail Beyzerman da qəzəblənib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm