Saakaşvilidən Poroşenkoya sərt cavab: “Məğlubiyyətlərə...”
Bizi izləyin

Dünya

Saakaşvilidən Poroşenkoya sərt cavab: “Məğlubiyyətlərə...”

Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl istefa vermək istəyirdi.

“Prezident Poroşenkoya yaxşı məlumdur ki, mən Gürcüstanda keçirilən seçkilərdə bilavasitə iştirak etmirdim. Hətta istəkdən asılı olaraq da bunu edə bilməzdim, çünki mən Ukrayna vətəndaşıyam”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri bu günlərdə Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixail Saakaşvili bildirib.

“O, (Ukrayna prezidenti Pyotr Poroşenko –red.) dəqiq bilir ki, məni Dekanoidze və başqa “dəvət edilmiş” gürcülərlə müqayisə etmək çox da düzgün deyil. Əlbəttə, mənə verilən Ukrayna vətəndaşlığına görə təşəkkür edirəm. Amma hamı qəbul etməli olacaq ki, mən Ukrayna siyasətçisiyəm və qələbə qazanacağam, Gürcüstanda və Ukraynada məğlubiyyətlərə dözməyəcəyəm”, - Saakaşvili qeyd edib.

Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl istefa vermək istəyirdi, amma Poroşenko onu islahatlar keçirəcəyinə dair vəd verərək qalmaq üçün inandırıb: “Sadəcə olaraq bu dəfə mən vədlərə inanmağa meylli deyildim”.

Xatırladaq ki, Poroşenko Saakaşvilinin istefasını şərh edərkən “bəzi insanlar fəaliyyət sahəsini əvəz etməyə və Gürcüstandakı seçkilərdə məğlubiyyətdən sonra Ukraynada siyasi fəaliyyətə başlamağa qərar veriblər” deyib. Bu açıqlama isə Saakaşvili tərəfindən sərt qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm