Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI
Bizi izləyin

Dünya

Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb.

Qəzetin məlumatına görə, baş prokuror postunu Nyu-Cersi ştatının qubernatoru Kris Kristi tuta bilər. O, Trampın məsləhətçisidir və hakimiyyətin ötürülməsi ilə məşğul olan komandaya başçılıq edir. Kris Kristi həmçinin Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna iddiaçı idi. Bu vəzifəyə ikinci namizəd Arkanzas ştatının qubernatoru Asa Hatçinsondur.

Səhiyyə və sosial xidmtələr naziri postuna namizədlər isə partiyadaxili seçkilərdə iştirak etmiş respublikaçı Ben Karson ilə Luiziana ştatının qubernatoru Bobbi Cindldir. Həmçinin güman edilir ki, Trampın komandasına Nyu-Yorkun keçmiş meri Rudolf Culiani və Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriçin yer alacaq. Onların hansı vəzifələri tutacağı bildirilmir. Ancaq qeyd edilir ki, onlar Tramp administrasiyasının nüvəsini formalaşdıra bilərlər.

Qeyd edək ki, Tramp noyabrın 8-də keçirilən seçkilərdə qələbə qazanıb. Prezidentin inaqurasiyası yanvarın 20-də nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm