İraq və Suriyada 64 mülki vətəndaş həlak olub
Bizi izləyin

Dünya

İraq və Suriyada 64 mülki vətəndaş həlak olub

İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar nəticəsində ötən iki gündə 64 mülki vətəndaş həlak olub, 8-i yaralanıb.

İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar nəticəsində ötən iki gündə 64 mülki vətəndaş həlak olub, 8-i yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb. ABŞ-ın Mərkəzi Komandanlığının açıqlaması öldürülənlərin rəsmi sayının 119, yaralananların isə 37 nəfər olduğunu göstərir.

İnsan haqları müdafiəçiləri və müşahidəçilər bu göstəricilərin daha yüksək olduğunu bildirir.

Amnesty International-ın oktyabr ayı hesabatında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin təkcə Suriyada 300 mülki adamın ölümünə səbəb olduğu bildirilib.

Koalisiya qüvvələrinin hava hücumlarının 3-də 2 hissəsi Amerikanın payına düşür.

Tələfat göstəricilərinə Suriyanın iyul ayı hücumlarının qurbanları daxil deyil. İnsan haqları qrupları hücumlar zamanı 50-dən çox adamın öldürüldüyünü bildirsə də, ABŞ ordusu təhqiqatların hələ də davam etdiyini deyir.

2014-cü ildən ilk hava kampaniyası başlandığından bəri günü 12 milyon dollara başa gələn hava zərbələrinin sayı 16 min təşkil edir. Oktyabr ayında koalisiya İraq və Suriyada gündəlik hücumların sayının 10 olduğunu elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm