Türkiyədə terror hücumunda yaralanan icra başçısı öldü
Bizi izləyin

Dünya

Türkiyədə terror hücumunda yaralanan icra başçısı öldü

Hadisə nəticəsində 3 nəfər yaralanmışdı.

Ötən gün PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya açdığı raket atəşi nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk bu gün Ankara xəstəxanasında dünyasını dəyişib.

Publika.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm