Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ
Bizi izləyin

Dünya

Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir.

Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir.

Publika.az
xəbər verir ki, ölkənin müxtəlif yerlərində keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar Nyu-York başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya, Los-Anceles, San Fransisko və Oakland kimi böyük şəhərlərdə keçirilir.

Küçələrə çıxan minlərlə insan “Mənim prezidentim deyil” plakatlarını daşıyırlar.

Polis əməkdaşları Nyu-Yorkdakı “Trump Tower” və Trampın Ağ Evin yanında açdığı otelin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.



“Demokratların qalası” sayılan Kaliforniyada da minlərlə tələbə Trampa qarşı aksiyaya başlayıb.

Los-Anceles və Minneapolis şəhərlərində etirazçılar yolları bağlayıblar. Baltimordakı aksiyada isə polis iki nəfəri saxlayıb.

Donald Tramp etiraz aksiyalarına “Twitter” hesabından münasibət bildirib: “Açıq və uğurlu seçki keçirildi. İndi media tərəfindən təhrik edilən professional etirazçılar aksiya keçirirlər. Bu, heç də ədalətli deyil”.

Etirazçılar isə tezliklə dağılışmalayacaqlarını, sona qədər mübarizə aparacaqlarını bəyan ediblər.

Sosial şəbəkələrdə də Trampa qarşı etirazlar davam edir. Xüsusilə, “Mənim prezidentim deyil” (#NotMyPresident) həştəqi üzərindən kampaniya aparılır.

Qeyd edək ki, indiyə qədər dünyanın bir çox ölkəsində ABŞ-ın dəstəyi ilə “rəngli inqilablar” baş verib. Bu inqilablar məhz kütlələrin küçələrə axın etməsindən sonra həyata keçib. İndi Amerikanın özündə belə aksiyaların baş verməsi və xaos vəziyyətinin yaranması diqqət çəkir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm