Klinton üçün petisiya dərc edildi
Bizi izləyin

Dünya

Klinton üçün petisiya dərc edildi

“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.

Publika.az xəbər verir ki, müraciətin müəllifləri Seçicilər Kollegiyasını 19 dekabrda nəzərdə tutulmuş formal səsvermədə demokrat Hillari Klintona səs verməyə çağırıb.

Müraciətin müəllifi qeyd edir ki, siyasətçi ABŞ sakinlərinin daha çox səsini toplayıb. Mətndə iddia edilir ki, Ağ Evi başqa namizədə vermək hələ mümkündür.

“Cənab Tramp prezident postu üçün uyğun deyil. Təhqirlər, yalan, seksual zorakılıq, həmçinin təcrübənin olmaması onu ABŞ üçün təhlükəli edir. Klinton xalq səsverməsini udub və o, prezident olmalıdır”, - mətndə deyilir.

Müraciəti indiyə kimi 1,9 milyondan çox insan imzalayıb.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirilib. Klinton xalq səsverməsinin qalibi olub. “USA Today” nəşrinin məlumatına görə, xalq səsverməsində respublikaçı Donald Trampa 59,8, Klintona isə 60,1 milyon insan səs verib. Amma seçilmiş nümayəndələrin 290-nı (Klinton üçün 228) Trampı dəstəkləyib.

Seçicilər Kollegiyasının səsverməsi proseduru dekbarın 19-da olacaq və prezident rəsmən seçiləcək. 2017-ci il yanvarın 6-da Konqres onun nəticələrini təsdiq edəcək. Prezidentin inaqurasiyası yanvarın 20-də keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm