"The Simpsons" cizgi filminin ssenaristi Trampdan danışdı: "Şok oldum və qorxdum" - VİDEO
Bizi izləyin

Dünya

"The Simpsons" cizgi filminin ssenaristi Trampdan danışdı: "Şok oldum və qorxdum" - VİDEO

"Şoka düşdüm və qoxdum. Ölkə üçün narahat oldum".

ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı ekspertlərin proqnozları yanlış çıxsa da, cizgi filmi olan "Simpsonlar" Respublikaçılar Partiyasının namizədi Donald Trumpun prezident olacağını 16 il öncə bilmişdi.

"Simpsonlar" cizgi filminin 2000-ci ildə yayımlanan “Bart to the Future” adlı bölümündə Bart Simpsonun bacısı Lisa, ABŞ-ın ilk qadın prezidenti seçilir. Həmin bölümdə Lisa, özündən əvvəlki prezident Donald Trumpun iqtisadiyyatı çökdürdüyünü, hər şeyin bərbad getdiyini deyir və öz köməkçilərindən yardım istəyir.

Euronews-a açıqlama verən cizgi filmin yazarı James Brooks şoka düşdüyünü deyib: "Şoka düşdüm və qoxdum. Ölkə üçün narahat oldum".

Jurnalistin "İndiki ən böyük narahatlığınız nədir?" sualına isə yazar belə cavab verib: "İndi ən böyük narahat olduğum məsələ, Trampın vəd etdiklərinə əməl etməsidir"

Məsələ ilə bağlı bir çox ölkənin televiziya kanalları araşdırmadan yanlış xəbərlər yayımlayıblar. Bunlardan biri də Türkiyənin TRT televiziyasıdır. Kanalın xəbərlər proqramının aparıcısı Zafer Kiraz Donald Trampın pilləkanlardan endiyi fotonu göstərərək həmin görüntünün cizgi filminin 2000-ci iləki bölümündə yayımlandığını iddia edib.

Halbuki, həmin görüntü D.Tramp namizədliyini irəli sürdükdən 3 həftə sonra yayımlayıb.

Cizgi filminin 2000-ci ildə yayımlanmış bölümündə Donald Trampın sadəcə adı çəkilir. (Bizimyol)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm