Dünya
ABŞ parçalanır: İlk addım atıldı
Kaliforniya ştatında ABŞ tərkibindən çıxmaq üçün referendumun təşkili üzrə kampaniya başlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, kampaniyaya dəstək olaraq “Twitter”də “# Calexit” və “# Caleavefornia” heşteqləri yaradılıb.
Həmçinin ştat sakinləri “yescalifornia.org” saytında referendum təşəbbüsü ilə daha ətraflı tanış ola bilərlər. Sakinlər “vətəndaş təşəbbüsü” yolu ilə müstəqillik haqqında referendumun keçirilməsinə nail olmaq niyyətindədir. Təşəbbüsün müəlliflərinin sözlərinə görə, lazımi sayda imza toplanarsa, referendum 2019-cu ildə keçirilə bilər.
Müstəqilliyin tərəfdarları qeyd edirlər ki, Kaliforniya ümumi daxili məhsulun həcminə görə dünyada altıncı yerdə tutur və Fransa kimi ölkəni qabaqlayır.
“Kaliforniyanın iqtisadi gücü Fransadan, əhalisi isə Polşadan daha çoxdur. Kaliforniya müxtəlif göstəricilər üzrə yalnız digər 49 ştat ilə deyil, başqa dövlətlərlə də gücünü sınamağa qadirdir”, - “yescalifornia.org” saytında deyilir.
Təşəbbüsün müəllifləri qeyd edirlər ki, ABŞ heç bir nəticə verməyən silahlı konfliktlərə və müdafiəyə vergi ödəyicilərinin pulunu xərcləyir. Onlar kaliforniyalılara pulsuz səhiyyə xidməti ilə təmin ediləcəyinə söz verirlər. Bildirilir ki, müstəqil olacaqları halda vergilər daha az inkişaf etdirilmiş ştatların saxlanılmasına və müdafiə xərclərinə getməyəcək.
Kaliforniyanın müstəqilliyi haqqında təşəbbüs Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi ilə bağlıdır. Ştatın 61 faiz sakini Hillari Klintona, 33 faizi isə Trampa səs verib.
Ömər Dağlı
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia