Kiyev uğrunda Saakaşvili-Putin mübarizəsi başlandı
Bizi izləyin

Dünya

Kiyev uğrunda Saakaşvili-Putin mübarizəsi başlandı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili bu haqda keçirdiyi brifinqdə deyib.

“Biz yeni və geniş siyasi güc, yeni güclərin platformasını yaradacağıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və mövcud rejimin dəyişdirilməsi partiyanın hədəfi olacaq”, - deyə Saakaşvili bildirib.

O, həmçinin deyib ki, yeni siyasi güc başqa siyasi güclərlə bloklara daxil olmayacaq. Saakaşvli Ukraynadakı siyasi spektrin praktik olaraq tamamilə çürüdüyünü deyib.

Siyasətçinin sözlərinə görə, indiki hakimiyyətin təmizlənməsi milli təhlükəsizlik məsələsidir. Saakaşvili bildirib ki, bir ildən çox deputat olanlar və ya icra hakimiyyətində 2-3 ildən çox qalanlar onun yeni partiyasının siyahısına düşə bilməyəcəklər.

Saakaşvili həmçinin vurğulayıb ki, yeni siyasi güc biznesə kömək edəcək. Ancaq o, siyasətdə biznes nümayəndələrinin olmasına qarşı çıxdığını deyib. “Biz biznesi siyasətə, Ali Radaya buraxmayacağıq”, - keçmiş prezident söyləyib.

Beləliklə, demək olar ki, Saakaşvili Ukraynada hakimiyyət uğrunda mübarizə apararkən, eyni zamanda, Rusiyanın Ukrayna ilə bağlı planlarını dəf etməli olacaq.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti bu gün Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıqlayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Bildirilir ki, ölkədə yaradılması planlaşdırılan xaos və qeyri-stabil vəziyyət hazırkı hökumətin devrilməsinə hədəflənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm