Türkiyə ordusu İŞİD-in mövqelərini darmadağın etdi
Bizi izləyin

Dünya

Türkiyə ordusu İŞİD-in mövqelərini darmadağın etdi

Hərbi Hava Qüvvələri 6 hava əməliyyatı keçirərək terror qruplaşmasının 10 silahlısını, zenit batareyasını, 3 binasını və bir nəqliyyat vasitəsini məhv edib.

Türkiyənin Hərbi Hava Qüvvələri və koalisiya üzvləri Suriyanın şimalında 28 İŞİD terrorçusunu məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Ordusu Baş Qərargahının yaydığı açıqlama məlumat verilir.

Məlumata görə, daha 5 terrorçu “Fərat qalxanı” əməliyyatı çərçivəsində məhv edilib.

“Türkiyə Hərbi Hava Qüvvələri Salva yaşayış məntəqəsinin qərbində keçirdiyi əməliyyat zamanı 18 silahlını, nəqliyyat vasitəsini və İŞİD-in iki komanda müşahidə məntəqəsini, habelə 2 binasını məhv edib.

Hərbi Hava Qüvvələri 6 hava əməliyyatı keçirərək terror qruplaşmasının 10 silahlısını, zenit batareyasını, 3 binasını və bir nəqliyyat vasitəsini məhv edib. Türkiyə Silahlı Qüvvələri İŞİD-in 73 və kürdlərin 2 hərbi obyektinə zərbələr endirib” – deyə məlumatda bildirilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm