Bir qəza 13 nəfəri yaraladı
Bizi izləyin

Dünya

Bir qəza 13 nəfəri yaraladı

İki qadının vəziyyəti ağırdır.

Rusiyanın Sverdlovsk vilayətində baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qəza Nevyansk-Ayat magistral avtomobil yolunda baş verib. Hələlik məlum olmayan səbəbdən “VAZ 2114” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın “QAZel” markalı sərnişin mikroavtobusuna çırpılıb.

Qəza nəticəsində əksəriyyəti “QAZel”-in sərnişinləri olmaqla 13 nəfər xəsarət alıb. İki qadının vəziyyəti ağırdır. “VAZ”ın sürücüsü də xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm