“Bordo beretli”lər İŞİD-in əlindəki şəhərə girdi
Bizi izləyin

Dünya

“Bordo beretli”lər İŞİD-in əlindəki şəhərə girdi

İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.

İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in Suriyada əhəmiyyətli qalası olan Əl-Babın azad edilməsi üçün həyata keçirilən əməliyyat həlledici mərhələyə daxil olub.

Suriya Türkman Məclisinin xarici əlaqələr üzrə məsul şəxsi Əbdürrəhman Mustafa ASO güclərinin Əl-Babın 2-3 kilometrliyinə qədər yaxınlaşdığını bildirib. ASO-ya dəstək verən Türkiyə xüsusi təyinatlılarının (“Bordo beretli”) kəşfiyyat qruplarının Əl-Babın ətrafına sızdığı, strateji hədəfləri müəyyən edərək işarələməyə başladığı bildirilir.

Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in Əl-Bab bölgəsindəki mövqelərinə zərbələr endirib. Nəticədə, İŞİD-ə aid 10 müdafiə mövqeyi, 2 komanda mərkəzi, 2 qərargah və bir silah-sursat anbarı məhv edilib.

İŞİD-lə qarşıdurmalarda ASO-ya aid 9 döyüşçü həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm