Azanı qadağan edirlər – BÖYÜK QALMAQAL
Bizi izləyin

Dünya

Azanı qadağan edirlər – BÖYÜK QALMAQAL

Azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.

İsrail parlamenti (Knesset) azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsində azanın “səs-küy yaratdığı” bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahu da dünənki yazılı açıqlamasında azanın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini qeyd edib.

Fələstinin HƏMAS təşkilatı və Knessetdəki ərəb millət vəkilləri qanun layihəsinə sərt reaksiya veriblər. HƏMAS yazılı açıqlamasında qanun layihəsinin səsverməyə çıxarılmasını “təhlükəli” xarakterizə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm