İraq növbəti dəfə Türkiyəni hədələdi
Bizi izləyin

Dünya

İraq növbəti dəfə Türkiyəni hədələdi

Son günlər iki ölkə arasında Başika hərbi bazası ilə bağlı konflikt yaşanır.

İraq Parlamenti Türkiyəyə hədə-qorxu gəlib.

Publika.az xəbər verir ki, İraq Parlamenti Müdafiə Komitəsinin üzvü Milli Təhlükəsizlik Xidmətinin keçmiş müşaviri Müvəffəq əl Rübai Türkiyənin diplomatik həll yollarından geri çəkilməsi durumunda İraq hökumətinin Türkiyənin hərbi varlığına qarşı hərbi müdaxilə edəcəklərini bildirib.

Rübai Ankaranın hərbi zorakılığa əl atacağı təqdirdə, İraqın da ordusunu hərəkətə keçirəcəyini vurğulayıb.

Qeyd edək ki, son günlər iki ölkə arasında Başika hərbi bazası ilə bağlı konflikt yaşanır. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm