Polis maşınına silahlı hücum - Yaralananlar var
Bizi izləyin

Dünya

Polis maşınına silahlı hücum - Yaralananlar var

Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Türkiyənin Bingöl vilayətində polis maşını PKK terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, əldəqayırma bomba polis avtomobili ərazidən keçən zaman işə salınıb.

Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb. Xəstəxanaya yerləşdirilən polislərin həyatlarına təhlükə olmadığı bildirilir.

Terrorçuların tutulması üçün əməliyyat başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm