Putinin sözçüsü: “Prezident əməliyyata nəzarət edirdi” (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Putinin sözçüsü: “Prezident əməliyyata nəzarət edirdi” (YENİLƏNDİ)

Nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin tutulması əməliyyatına nəzarət edirdi.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Operativ əməliyyatın başlanğıc dəqiqəsində bütün informasiya Putinə verilmişdi. O, bütün informasiyanı alırdı”, - Dmitri Peskov deyib.

Hüquq-mühafizə orqanlarındakı mənbə “RİA-Novosti”yə deyib ki, nazir barəsində şübhələr çoxdan var idi və onun tutulması üçün əməliyyat nazir və yaxın ətrafı arasında olan telefon söhbətlərinin dinlənilməsindən sonra keçirilib.

Hazırda müstəntiqlər Ulyukayevə qarşı rəsmi ittihamı təqdim etməyə hazırlaşırlar. Bundan sonra isə nazirin həbsi haqqında xahişlə məhkəməyə müraciət edəcəklər.

“Rosneft”in nümayəndəsi isə bildirib ki, şirkət Rusiya qanunvericiliyinə uyğun olaraq “Başneft”in səhmlərini alıb. “Rosneft” oktyabr ayıında “Başneft”in 50,75 faiz səhmlərini 329,7 milyard rubla (təxminən 4,9 milyard dollar) alıb.

Vladimir Putin oktyabrın 12-də “Rusiya çağırır” investisiya forumunda çıxış edərək bildirib ki, hökumətin qərarına görə (“Başneft” şirkətinin özəlləşdirilməsində “Rosneft”in iştirakına icazə verilməsi) bir az təəccüblənib.

***

Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm