Tramp dövlətin məxfi informasiyalarını uşaqlarına verəcək – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Tramp dövlətin məxfi informasiyalarını uşaqlarına verəcək – ŞOK İDDİA

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Donald Tramp öz uşaqlarının məxfi dövlət informasiyasına girişini təmin edə bilər.

ABŞ-da prezident seçkilərində qalib gəlmiş Donald Tramp öz uşaqlarının məxfi dövlət informasiyasına girişini təmin edə bilər.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən CBS telekanalı bildirib.

Kanalın xəbərinə görə, Tramp öz uşaqlarını məxfi dövlət informasiyalarına buraxmaq istəyir. Xüsusi halda, telekanal qeyd edir ki, Trampın komandası onun iki oğlu və qızına dövlət əhəmiyyətli məxfi sənədlərə girişin verilməsi haqqında icazə üçün Ağ Evə müraciət edib.

Qeyd edilir ki, uşaqların məxfi informasiyaya girişi onların milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə təyinatını nəzərdə tutur. ABŞ-ın qanunlarına görə, yanvarın 20-də inaqurasiyadan sonra Tramp uşaqlarını məsləhətçi vəzifələrinə təyin etməkdə sərbəstdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm