Dünya
Suriya müxalifəti belə vuruldu: Rusiya donanması tarixində ilk - - VİDEO
Rusiya Aralıq dənizinə göndərdiyi “Admiral Kuznetsov” gəmisindən qalxan təyyarələr və digər gəmilərdən atılan raketlərlə Suriyada müxalifət güclərinə ilk zərbələri endirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Admiral Kuznetsov”un rus donanması tarixində ilk dəfə döyüş əməliyyatlarına qatıldığını deyib.
Müdafiə naziri İdlib və Xüms vilayətlərində müxalifət güclərinin silah-sursat anbarları, təlim düşərgələri və silah fabriklərini hədəf alacaqlarını bildirib. Şoyqu “Admiral Kuznetsov”dan qalxan təyyarələrin Hələbə hər hansı hücumundan isə bəhs etməyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bütün zərbələrin yoxlanılmış və nöqtəvi olduğunu vurğulayıb. O, vurulan hədəflərin Hələbdə olmadığını bildirib.
Rusiyanın yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” və onu müşayiət edən hərbi gəmilər oktyabrın ortalarında Şimal dənizindən yola çıxaraq Suriya sahillərinə çatıb. “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi 8 gəmidən ibarət Rusiya donanmasına “Böyük Pyotr” ağır atom raket kreyseri, bir sualtı gəmi, “Vitse-admiral Kulakov” gəmisi, həmçinin tanker və yedək xilasedici daxildir. “Böyük Pyotr” kreyseri nüvə gücünə malikdir. Gəmi qrupunun 2017-ci ilin yazına qədər Aralıq dənizində missiyanı davam etdirəcəyi gözlənilir.
Ömər Dağlı
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın